Mobil versiya
“Münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll oluna bilər” - Baş nazir
Tarix: 15-03-2019 | Saat: 13:08
Bölmə:Siyasət | çapa göndər

“Münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll oluna bilər” - Baş nazir


“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti üzrə hesabatında çıxışı zamanı Baş nazir Novruz Məmmədov deyib.

N.Məmmədov vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər və bu mövqeyimiz 2018-ci ildə də dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Baş nazir qeyd edib ki, Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır: “Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Azərbaycan müdafiə sənayesi Nazirliyi 1200 adda məhsul istehsal edir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024