Ana Sayfa > Siyasət > “Münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll oluna bilər” - Baş nazir
“Münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində həll oluna bilər” - Baş nazir15-03-2019, 13:08. Yazar: sevinc1 |
“2018-ci ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti olaraq qalıb” Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2018-ci ildəki fəaliyyəti üzrə hesabatında çıxışı zamanı Baş nazir Novruz Məmmədov deyib. N.Məmmədov vurğulayıb ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər və bu mövqeyimiz 2018-ci ildə də dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Baş nazir qeyd edib ki, Azərbaycan Ordusu hazırda dünyanın 50 ən güclü ordusu sırasındadır: “Azərbaycan Ordusu ən müasir silahlarla, hərbi texnika və digər müdafiə təyinatlı qurğularla tam təchiz edilib. Azərbaycan müdafiə sənayesi Nazirliyi 1200 adda məhsul istehsal edir”. Geri dön |