Rəsmi İrəvan: Zəngəzur dəhlizi "TRIPP" tarixi fürsətdir, əldən verə bilmərik
Tarix: 07-11-2026 | Saat: 17:44
Bölmə:Dünya | çapa göndər

TRIPP layihəsi Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişlənməsi, regional ticarətin inkişafı və Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi üçün mühüm vasitəyə çevrilə bilər.
aia.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Alen Simonyan İkinci Erməni Dünyası Sammitində çıxışı zamanı bildirib.
Ermənistan TŞ katibi TRIPP-in əhəmiyyətinin yalnız nəqliyyat və logistika infrastrukturu ilə məhdudlaşmadığını deyib. Onun sözlərinə görə, layihə sülhün möhkəmləndirilməsi, ticarətin inkişafı və regional təhlükəsizliyin sabitləşdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Simonyan etiraf edib ki, Ermənistanın onilliklər ərzində özünü regional proseslərdən kənarda saxlaması və qonşularla nəqliyyat əlaqələrinin inkişafına təhlükə kimi yanaşması regiondakı problemlərin əsas səbəblərindən biri olub.
O, Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin inkişafının artıq siyasi məna daşıdığını vurğulayıb. Bildirib ki, iki ölkə arasında qarşılıqlı mal mübadiləsi və formalaşan iqtisadi maraqlar daha sabit münasibətlərin qurulmasına zəmin yarada bilər.
"Sülhün əsas ifadələrindən biri ticarət və ortaq maraqların mövcudluğudur", – Simonyan bildirib.
Simonyan TRIPP-i Ermənistan-Amerika iqtisadi layihəsi kimi xarakterizə edərək onun regional və beynəlxalq əhəmiyyətinə diqqət çəkib. O, gələcək marşrutun İran sərhədindən təxminən 15 metr məsafədə keçəcəyini xatırladaraq, ABŞ-İran münasibətləri fonunda layihənin geosiyasi əhəmiyyətinin daha da artdığını bildirib.
Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin baş katibi David Karapetyan isə ölkəsinin TRIPP layihəsinin yaratdığı tarixi fürsəti əldən vermək niyyətində olmadığını açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanın bütün qonşuları, o cümlədən İran və digər regional tərəfdaşlar layihəyə müsbət yanaşırlar.
ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen isə TRIPP-in Azərbaycanın daha geniş regionla nəqliyyat əlaqələrini genişləndirəcəyini və Bakı ilə İrəvan arasında münasibətlərin inkişafına yeni imkanlar yaradacağını bildirib.
Diplomatın sözlərinə görə, layihə yalnız dəmir yolu əlaqələrini deyil, digər potensial nəqliyyat marşrutlarını da əhatə edə bilər. O, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri arasında dialoqun inkişafında qeyri-hökumət təşkilatlarının rolunu xüsusi vurğulayıb.
Beləliklə, İrəvandan gələn son açıqlamalar göstərir ki, TRIPP layihəsi artıq Ermənistanın siyasi və iqtisadi gündəliyində mühüm yer tutur. Rəsmi şəxslər layihəni regional təcriddən çıxış, iqtisadi imkanların genişləndirilməsi və Azərbaycanla münasibətlərin normallaşdırılması üçün vacib platforma kimi təqdim edirlər. Eyni zamanda, bu açıqlamalar Bakı ilə iqtisadi əlaqələrin inkişafının Ermənistan üçün təkcə iqtisadi deyil, həm də strateji zərurətə çevrildiyini göstərir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
07-11-2026