Mobil versiya
“İnqilabı bayram edir, amma...” - Lukaşenkodan qəribə açıqlama
Tarix: 07-11-2026 | Saat: 23:11
Bölmə:Dünya | çapa göndər

“İnqilabı bayram edir, amma...” - Lukaşenkodan qəribə açıqlama


Belarus prezidenti Aleksandr Lukaşenko 1917-ci il Oktyabr inqilabının ildönümündə maraqlı açıqlama verib. Ölkəsində 7 noyabrı dövlət bayramı kimi saxlayan prezident inqilabların qəti əleyhdarı olduğunu bildirib.

aia.az BelTA agentliyinə istinadən xəbər verir ki, Lukaşenko bu barədə Mogilyov vilayətinin Qovyadı aqroşəhərciyinin sakinləri ilə görüşündə danışıb.

“İnqilabların limiti çoxdan bitib. Mən inqilab tərəfdarı deyiləm və tarixçi kimi belə hadisələrin ölkəmizdə təkrarlanmasını istəmirəm”, – deyə Belarus lideri bildirib.

Lukaşenko bununla yanaşı, Belarusda 7 noyabr – Oktyabr İnqilabı Gününün niyə hələ də qeyd edildiyini izah edib.

Onun sözlərinə görə, bu tarix yaşlı nəslin bir çox nümayəndəsi üçün böyük əhəmiyyət daşıyır və buna görə də ölkədə bayram kimi saxlanılıb.

“Amma bizə daha inqilab lazım deyil”, – deyə prezident vurğulayıb.

Maraqlıdır ki, Lukaşenko inqilabların əleyhinə çıxsa da, 1917-ci il hadisələrinin müsbət nəticələrinin olduğunu da etiraf edib.

Onun fikrincə, məhz həmin hadisələr Belarus torpaqlarına müstəqillik əldə etmək imkanı yaradıb və ölkənin müasir dövlətçiliyinin kökləri o dövrə gedib çıxır.

Beləliklə, Belarus rəhbəri bir tərəfdən Oktyabr inqilabını ölkənin tarixi inkişafında mühüm hadisə kimi qiymətləndirir, digər tərəfdən isə yeni inqilabların baş verməsini istəmədiyini açıq şəkildə bəyan edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2026