Mobil versiya
Deputatın adamı saxta diplomla sədr olub – Ağsuda
Tarix: 03-07-2015 | Saat: 08:04
Bölmə:Gündəm / Parlament / Aia TV / Karusel | çapa göndər

Deputatın adamı saxta diplomla sədr olub – Ağsuda

TQDK-nın sədri Məleykə Abbaszadə öz açıqlamasında bildirmişdi ki, ölkədə 20 mindən artıq saxta diplom var

Ancaq çox təəssüf ki, bu günədək saxta diplom sahiblərinin adı cəmiyyətə açıqlanmır.

Tia.az xəbər verir ki, “saxta diplom”ların sahibləri vəzifələrə irəli çəkilir, hətta seçkili orqanlarda təmsil olunurlar.

Mətbuatda tez-tez adı hallanan “saxta diplom” sahiblərindən biri də “Zərbəli” müəllimdir.

Söhbət Ağsu rayonu, Qaravəlli kənd bələdiyyəsinin sədri “Zərbəli” ləqəbli Hakim Məmmədovdan gedir. Vaxtilə, onun vəkili Heydər Əsgərov Qafqaz Xəbər Agentliyinin əməkdaşı ilə telefon söhbətində diplom məsələsinə aydınlıq gətirərək bildirmişdi ki, “Zərbəli” müəllimin, ümumiyyətlə, yerli-dibli diplomu olmayıb. Görünür, saxta diplom söhbətinin şişdiyini görən dostları bələdiyyə sədrinə məsləhət biliblər ki, diplomu qoy bir kənara. Fərz edək ki, bələdiyyə sədrinin yerli-dibli diplomu olmayıb. Bəs, bu təhsili olmayan, diplomsuz şəxs necə böyük bir kəndin bələdiyyə sədri seçilib?

Qafqaz Xəbər Agentliyi araşdırıb ki, onun qohumu, millət vəkili, “SUM”-un rəhbəri Ərəstun Cavadovun “xeyli zəhməti” olub. “Zərbəli” müəllimin yaxın dostu Vüqar Dəmirovun da diplomu saxtadır. Belə ki bir neçə il əvvəl Vüqarı birdən-birə ali məktəblərdən birinin 3-cü kursuna “qəbul edərkən” məlum olub ki, onun heç tam orta təhsili də yoxdur. Məcbur olub Vüqara tam orta təhsil haqqında attestat tapmalı olublar.
(aia.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə