Bərdədə ”26 fevral – Xocalı soyqırımı”nın 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilib
Tarix: 26-02-2018 | Saat: 17:26
Bölmə:Ölkə | çapa göndər
26 fevral 2018-ci il tarixdə Bərdə İdarəetmə və Texnologiya kollecində Bərdə rayon Gənclər və İdman İdarəsinin və kollecin birgə təşkilatçılığı ilə ”26 fevral – Xocalı soyqırımı”nın 26-cı ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə kollecin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq qeyd etdi ki,1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Xocalı faciəsinin 26-cı ildönümü rayonumuzun idarə və təşkilatlarında da geniş qeyd olunur. Bununla əlaqədar yığıncaqlar, dəyirmi masalar, disputlar, konfranslar keçirilir.
Xocalı şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Bərdə İdarəetmə və Texnologiya kollecinin direktor əvəzi Xaləddin Ələkbərov çıxışında bildirdi ki,tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırdı.Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisəsi hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bununla ulu öndərimizin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü.Artıq Xocalı soyqırımını dünya dövlətləri də tanımağa başlamışlar.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxışında əsrlər boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq, arixdə ilk dəfə olaraq “genosid” sözünün 1944 –cü ildə yəhudi əsilli Polşa hüquqşunası Rafael Lemkin tərəfindən leksikona daxil edildiyindən, 9 dekabr 1944-cü idə isə “Genosid cinayətin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın qəbulu ilə ona rəsmi status verilməsindən danışdı qeyd etdi ki, Azərbaycan xalqının tarixində erməni qəsbkarları tərəfindən zaman- zaman qətliamlar törədilmişdir. Xocalı faciəsi bunların içində ən dəhşətlisidir.Bizim gənclərimiz bunu unutmamalıdır və bütün müasir imkanlardan istifadə edərək Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Tədbirin sonunda kollecin tələbə-gənclər təşkilatının nəzdində fəaliyyət göstərən akademik Həsən Əliyev adına “Yaşıl Dünya” klubunun sədri Pərvin Əhmədova və Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudov adına hərbi-vətənpərvərlik klubunun sədri Şəbnəm Süleymanova hazırladıqları ədəbi-bədii kompozisiya və Gənclər və İdman İdarəsinin könüllüləri,”Həmrəy” musiqi qrupunun üzvləri Nurlan Zamanlının və Məhəmməd Həmidovun ifasında vətənpərvərlik mahnıları tədbir iştirakçılarına təqdim olundu.
Tədbiri kollecin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev bağlı elan etdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024