Mobil versiya
Manaf Manafov: "Azərbaycanın enerji strategiyası: Siyasi iradə və iqtisadi uğurların qovuşduğu zəfər yolu"
Tarix: 03-06-2025 | Saat: 16:33
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Manaf Manafov: "Azərbaycanın enerji strategiyası:  Siyasi iradə və iqtisadi uğurların qovuşduğu zəfər yolu"

Azərbaycan artıq uzun illərdir ki, təkcə regionda deyil, qlobal enerji məkanında da strateji aktor kimi qəbul olunur. Bu statusun qazanılması və qorunması isə təsadüf deyil. Bu, uzaqgörən siyasi liderliyin, düşünülmüş enerji strategiyasının və milli maraqlara söykənən möhkəm dövlət iradəsinin məhsuludur. “Bakı Enerji Həftəsi” kimi tədbirlər isə bu uğurların həm təntənəsi, həm də gələcəyin planlaşdırıldığı mötəbər platformadır.

Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi,Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Müsahibimiz deyib ki, iyunun 2-də cənab Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgilərinin və “Baku Energy Forum”un rəsmi açılışında çıxış edərkən bu tarixi yolun əsl mahiyyətini ortaya qoydu. Onun sözləri ilə desək: “Bu gün bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.” Doğrudan da, Azərbaycanın enerji diplomatiyası onun suverenlik yolundakı dönüş nöqtələrindən biri olub. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Ulu Öndər Heydər Əliyevin müdrik siyasi baxışının nəticəsi olaraq, ölkəni iqtisadi tənəzzüldən çıxarıb, regionun enerji xəritəsində aparıcı oyunçulardan birinə çevirdi. Bu xətt bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həm yeni məzmun, həm də daha geniş coğrafiya qazanaraq davam etdirilir. Bu isə müstəqil İqtisadiyyatın uğuru deməkdir. Azərbaycan iqtisadi müstəqilliyini möhkəmləndirməklə yanaşı, beynəlxalq bazarlarla strateji şəkildə inteqrasiya olunmuşdur. Cənab Prezident İlham Əliyev bu barədə çıxışında bildirdi: “Bizim xarici borcumuz ÜDM-in cəmi 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir.” Bu fakt ölkəmizin maliyyə dayanıqlığının və müstəqil iqtisadi qərarvermə imkanlarının göstəricisidir. Azərbaycanın ixrac etdiyi təbii qazın coğrafiyası ildən-ilə genişlənir. Əgər ötən il 8 ölkəyə qaz ixrac edilirdisə, bu il bu rəqəm artıq 12-yə çatıb. Bu isə yalnız enerji deyil, eyni zamanda etibar ixracıdır. Çünki Azərbaycan bu gün etibarlı tərəfdaş, enerji təhlükəsizliyində sabitlik rəmzi kimi qəbul olunur. Bununla yanaşı Yaşıl enerji sahəsində də böyük uğurlar əldə edilir. Yaşıl enerji həm də gələcəyin qarşılanması deməkdir. Cənab Prezident İlham Əliyev çıxışında vurğuladı ki, neft və qazla zəngin olan Azərbaycan yaşıl enerji sahəsində də liderliyə iddialıdır: “2030-cu ilədək 6,5 giqavat bərpaolunan enerji gücünə malik olacağıq.” Bu həm ölkənin öz enerji balansında çevikliyi təmin edəcək, həm də təbii qazın ixrac potensialını artıracaq. 13-cü “Caspian Power” sərgisi də məhz bu məqamları əks etdirir. Günəş, külək və digər alternativ enerji növlərinin inkişafına yönələn bu tədbir, Azərbaycanın texnoloji tərəqqiyə açıq olduğunu və ekoloji məsuliyyət daşıdığını göstərir. Enerji həftəsini milli İradənin beynəlxalq platforması kimi də dəyərləndirmək olar. “Bakı Enerji Həftəsi” bu il 39 ölkədən 267 şirkətin nümayəndəsini bir araya gətirib. Bu tədbir artıq təkcə sərgi və forum deyil, qlobal dialoqun və strateji əməkdaşlığın simvoluna çevrilib. Cənab Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi: “Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik.”
COP29 çərçivəsində Azərbaycanın üzərinə götürdüyü məsuliyyət isə enerji siyasətinin humanist və qlobal yönünü açıq şəkildə ortaya qoyur. İtki və Zərər Fondunun yaradılması, karbon bazarının işə salınması və inkişafda olan ölkələrə dəstək təşəbbüsləri Azərbaycanın sadəcə enerji ixracatçısı deyil, həm də etik və məsuliyyətli enerji lideri olduğunu sübut edir. Burda güvən də çox önəmlidir. Azərbaycan bu gün öz tarixində yeni bir mərhələnin astanasındadır. Enerji sadəcə iqtisadi gəlir yox, milli maraqların təminatçısı, diplomatik alət və gələcəyin təminatçısı kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Enerji resursları düzgün idarə edilirsə və əməkdaşlıq balanslı şəkildə qurulursa, hər kəs üçün uğurlu vəziyyət yaranır.” “Bakı Enerji Həftəsi” yalnız tədbir deyil. Bu, Azərbaycanın enerji uğurlarının təntənəsidir. Bu, neftin işığında, qazın axarında, küləyin və günəşin enerjisində formalaşan qürur tarixidir. Bu, iqtisadi yüksəlişin, siyasi uzaqgörənliyin və xalqın sabaha olan inamının güzgüsüdür-deyə M. Manafov fikrini tamamlayıb..



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə