Mobil versiya
Tasnim: SEPAH ABŞ-nin Küveytdəki bazasına zərbələr endirib
Tarix: 18-11-2026 | Saat: 08:24
Bölmə:Manşet / Dünya | çapa göndər

Tasnim:

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz uçuş aparatları bu gün səhər ABŞ-nin Küveytdəki "Əli əs-Saləm" hərbi bazasında "Patriot" HHM sistemlərinə, həmçinin PUA və raketlərin buraxılış qurğularına hücum edib.

aia.az İranın "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında deyilir.

Bundan əvvəl Küveyt ordusu "X" sosial şəbəkəsində onun hava hücumundan müdafiə qüvvələrinin düşmənin pilotsuz uçuş aparatlarının kütləvi hücumunu dəf etdiyini bildirmişdi.

"Quru qoşunlarının Baş Qərargahı bildirir ki, eşidilən hər hansı partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin düşmən hücumlarını dəf etməsinin nəticəsidir", – bəyanatda bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə