Mobil versiya
Tovuzda ərazi partiya təşkilatında 8 noyabr “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib -Fotolar
Tarix: 03-11-2026 | Saat: 22:02
Bölmə:Ölkə | çapa göndər

Tovuzda ərazi partiya təşkilatında 8 noyabr “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib

03 noyabr 2026-cı il tarixində YAP Tovuz rayon təşkilatı Tovuz Dövlət Sosial İqtisadi Kolleci PHŞ ərazi partiya təşkilatında 8 noyabr “Zəfər Günü”nə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə ilk öncə çıxış edən ərazi partiya təşkilatının sədr müavini, Tovuz Dövlət Sosial İqtisadi Kolleci PHŞ-in direktor vəzifəsini müvəqqəti icra edən Ramilə Tağıyeva xalqımızın Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqlarımızın azadlığı uğrunda apardığı haqq savaşından, müharibənin ən ağır günlərində ordu-xalq birliyindən, həmin şərəfli günlərdə istər hərbçilərimizin, istərsə də arxa cəbhədə gecə-gündüz yorulmadan çalışan insanların mərdliyindən və rəşadətindən danışaraq, 8 Noyabr Zəfər Günü ilə bağlı tədbir iştirakçılarını təbrik etdi.
Sonra çıxış edən YAP Tovuz Rayon Təşkilatının sədr müavini İlqar Kərimov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və rəşadətdən, qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi, müasir silah və hərbi texnika ilə təchiz olunması, hərbçilərimizin yüksək döyüş hazırlığı və peşəkarlığı Vətən müharibəsində qazanılan Qələbənin əsas amillərindən olub.
İlqar Kərimov xüsusilə Şuşanın azad edilməsinin Vətən müharibəsinin ən mühüm və şanlı səhifələrindən biri olduğunu vurğuladı. Qeyd etdi ki, Azərbaycan hərbçilərinin çətin relyef və mürəkkəb şəraitdə nümayiş etdirdikləri misilsiz igidlik, peşəkarlıq və qəhrəmanlıq nəticəsində Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə xalqımızın milli qürurunu daha da yüksəltdiyini və Qələbəmizin rəmzinə çevrildiyini, bu gün isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, soydaşlarımızın doğma yurdlarına qayıdaraq öz torpaqlarında yaşayıb fəaliyyət göstərdiklərini də diqqətə çatdırdı.
“Sonda tələbələr Zəfər Gününə həsr olunmuş şeir parçaları səsləndirdilər və vətənpərvərlik ruhunda mahnılar ifa etdilər.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026