ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
Tarix: 04-11-2026 | Saat: 07:55
Bölmə:Manşet / Dünya | çapa göndər

ABŞ-də Demokratlar Partiyasının nümayəndələri Konqresə aralıq seçkilərdə liderlik edirlər.
aia.az-ın "Associated Press"ə (AP) istinadən məlumatına görə, demokratlar hazırda Nümayəndələr Palatasında 77 yer, respublikaçılar isə 40 yer qazanıblar.
Demokratlar həmçinin qubernator vəzifələri uğrunda yarışlarda əsas rəqiblərini məğlub edirlər. Belə ki, materiallar dərc edildiyi vaxta qədər demokrat namizədlər 15 ştatda qalib gəliblər, respublikaçılar isə cəmi 10 ştatda seçiliblər.
ABŞ Senatında demokratlar 45 yerə, respublikaçılar isə 35 yerə sahibdirlər.
05:31
ABŞ-də Konqresin yeni üzvlərini və 36 ştatın qubernatorunu müəyyənləşdirəcək aralıq seçkilərdə səslərin sayılması davam edir.
aia.az "Associated Press"ə istinadən məlumatına görə, demokratlar; Kori Buker, Culiana Stratton, Kris Kuns, Con Ossoff və Mark Uorner müvafiq olaraq yenidən Nyu-Cersi, İllinoys, Delaver, Corciya və Virciniyadan ABŞ Senatına böyük fərqlə seçiliblər.
Demokratlar Partiyasının namizədləri həmçinin Massaçusets və Rod-Aylenddə ABŞ Senatına seçkilərdə qalib gəliblər.
Bundan əlavə, Demokratlar Partiyasının nümayəndəsi Debbi Vasserman-Şults Florida ştatının 20-ci Seçki Dairəsindən Nümayəndələr Palatasına seçkilərdə qalib gələrək Konqresdə 12-ci müddətə seçilib.
Hazırda demokratlar ABŞ Senatında 41 yerə, respublikaçılar isə 31 yerə sahibdirlər. Demokratlar Partiyasının nümayəndələri Konqresin Nümayəndələr Palatasına seçkilərdə də öndədirlər: 25 yerə qarşı 13 yer.
Noyabrın 3-də keçirilən seçkilərdə ABŞ Nümayəndələr Palatasının bütün 435 yeri və Senatın 35 yeri uğrunda mübarizə aparılır. Həmçinin, 36 ştatda qubernatorlar seçilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-11-2026
03-11-2026