Mobil versiya
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Tarix: 04-11-2026 | Saat: 07:56
Bölmə:İdman | çapa göndər

"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunları keçirilir.

aia.az xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu doğma meydanda Almaniyanın "Ştutqart" komandasını 2:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin hər iki qolunu 12-ci və 15-ci dəqiqələrdə Aleksey Batrakov vurub.

Turun digər qarşılaşmasında Portuqaliyanın "Sportinq" klubu səfərdə Ukraynanın "Şaxtyor" kollektivini 1:0 hesabı ilə məğlub edib. Yeganə qola 59-cu dəqiqədə İssa Dumbiya imza atıb.

Qeyd edək ki, turun digər oyunlarında "Barselona" - "Aston Villa", "Atletiko" - "Bavariya", "Mançester Yunayted" - "Roma", "Feyenoord" - "İnter", "Budyo-Qlimt" - "Lill", "Vilyarreal" - PSJ və LASK - "Slovan" komandaları üz-üzə gələcəklər. IV turun digər matçları noyabrın 4-də keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026