Mobil versiya
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
Tarix: 04-11-2026 | Saat: 07:59
Bölmə:Manşet / Dünya | çapa göndər

Aİ vətəndaşlarına böhran xəbərdarlığı -

Avropa İttifaqı (Aİ) Komissiyası Avropanın daha tez-tez və mürəkkəb böhranlarla üzləşdiyini bildirərək, fövqəladə hallar üzrə yeni təlimat dərc edib. Sənəddə vətəndaşların ictimai yardım səfərbər olunana qədər, yəni ilk üç gün (72 saat) ərzində əsas ehtiyaclarını özlərinin qarşılaması tövsiyə edilir.

aia.az xəbər verir ki, Bərabərlik, Hazırlıq və Böhranların İdarə Edilməsi üzrə Aİ komissarı Haca Lahbib tərəfindən Brüsseldəki 9-cu Avropa Mülki Müdafiə Forumunda elan edilən təlimata əsasən, fövqəladə hallara hazırlığın məktəbəqədər və ibtidai təhsil proqramlarına daxil edilməsi, təhsil işçilərinə təlimlərin keçilməsi və əlilliyi olan şəxsləri əhatə edən inklüziv tədbirlərin görülməsi planlaşdırılır.

Sənəd həmçinin səlahiyyətli orqanların fövqəladə haldan əvvəl, hadisə zamanı və sonrasında əhaliyə etibarlı məlumat verməsini nəzərdə tutur.

Fövqəladə hallara hazırlığı bütün Avropada ortaq prioritetə çevirmək məqsədilə 2027-ci ildən etibarən hər il oktyabrın 23-nün “Aİ Hazırlıq Günü” kimi qeyd olunması təklif edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-11-2026