Mobil versiya
Əli Əsədov Oljas Bektenovu təbrik etdi
Tarix: 31-08-2026 | Saat: 14:39
Bölmə:Siyasət | çapa göndər

Əli Əsədov Oljas Bektenovu təbrik etdi


Azərbaycan Baş naziri Əli Əsədov Oljas Bektenova Qazaxıstan Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

“aia.az” xəbər verir ki, məktubda qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan iki ölkənin qardaş xalqlarının iradəsini əks etdirir.

Qarşılıqlı etimad və dəstəyə əsaslanan siyasi dialoqun, ticarət-iqtisadi, investisiya, nəqliyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın ardıcıl şəkildə genişlənməsinin Azərbaycan-Qazaxıstan tərəfdaşlığının strateji xarakterini əyani şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Azərbaycan və Qazaxıstan dövlət başçılarının rəhbərliyi altında iki ölkə arasında strateji tərəfdaşlığın bundan sonra da möhkəmlənəcəyinə və qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşəcəyinə əminlik ifadə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026