İsrail ordusunun Dəməşqə yaxınlaşdığı iddia olunur – Suriyada nazirliklərin köçürülməsi gündəmdə
Tarix: 03-11-2026 | Saat: 20:45
Bölmə:Özəl | çapa göndər

İsrailin Suriyanın cənubunda genişmiqyaslı hərbi əməliyyata hazırlaşdığı barədə iddialar fonunda Dəməşq rəhbərliyinin dövlət qurumlarının təhlükəsizliyini təmin etmək üçün fövqəladə plan hazırladığı bildirilir.
Türkiyənin “Türkiye” qəzetinin məlumatına görə, İsrail qüvvələrinin Suriya paytaxtının 25 kilometrliyinə qədər yaxınlaşdığı iddia edilir. Bu məlumat hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Nəşr yazır ki, mümkün hava hücumları zamanı dövlət idarəçiliyinin iflic olmasının qarşısını almaq üçün bir sıra nazirliklərin Dəməşqdən ölkənin digər bölgələrinə köçürülməsi nəzərdən keçirilir.
İddiaya əsasən, Müdafiə Nazirliyinin Həmaya, ən azı üç nazirliyin Hələbə, Mərkəzi Bankın və bir sıra strateji qurumların isə İdlib, Raqqa, Deyr əz-Zor və Həsəkəyə köçürülməsi planlaşdırılır.
Məlumatda bildirilir ki, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail ordusu ölkənin cənubunda hərbi fəallığını artırıb. İsrail qüvvələrinin Qolan təpələrindəki bufer zonanı keçərək Kuneytra, Dəra və Dəməşq istiqamətində irəlilədiyi iddia olunur.
Əhməd əş-Şaraa administrasiyasının kifayət qədər hava hücumundan müdafiə imkanlarına malik olmadığı və buna görə də birbaşa hərbi qarşıdurmadan yayınmağa çalışdığı bildirilir.
İordaniyanın da sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirdiyi, mümkün əməliyyatlar nəticəsində bir milyonadək insanın məcburi köçkün vəziyyətinə düşə biləcəyindən narahatlıq keçirdiyi iddia edilir.
Məlumatlarda İsrailin Süveyda bölgəsində yaşayan dürzi icması ilə quru əlaqəsi yaratmaq məqsədilə yeni hərbi dəhliz formalaşdırmaq niyyətində olduğu da irəli sürülür. Bununla bağlı əhalinin məcburi köçürülməsi planlarının mövcudluğu barədə iddialar isə təsdiqlənməyib.
Digər tərəfdən, Suriya rəhbərliyinin Türkiyə ilə təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərində təmasları intensivləşdirdiyi bildirilir. Strateji dövlət qurumlarının ölkənin şimalına köçürülməsi ehtimalı da bu əməkdaşlıq kontekstində qiymətləndirilir.
Nəşr İsrailin mümkün hərbi addımlarını ölkədaxili siyasi proseslərlə də əlaqələndirir. İddiaya görə, Baş nazir Benyamin Netanyahu Suriyanın cənubundakı hərbi əməliyyatlardan koalisiya danışıqlarında istifadə edə bilər.
Hələlik Suriya hökuməti nazirliklərin köçürülməsi barədə rəsmi qərar açıqlamayıb. İsrailin yeni genişmiqyaslı quru əməliyyatına başlayacağına dair məlumatlar da təsdiqlənmiş fakt kimi qiymətləndirilmir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-11-2026