Əhaliyə MÜJDƏ: “Türk Şengeni” gəlir!
Tarix: 29-08-2026 | Saat: 09:48
Bölmə:Siyasət / Gündəm / Karusel | çapa göndər

Hazırda Azərbaycan və Türkiyə vətəndaşlarının qarşılıqlı səfərləri şəxsiyyət vəsiqəsi ilə mümkündür. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında qarşılıqlı əlaqələrin hər gün bir qədər də inkişaf etməsinə şahidlik edirik. Buna nümunə kimi Prezident İlham Əliyevin Özbəkistan səfərini xatırlamaq kifayət edir.
TDT-yə üzv ölkələrin münasibətlərindəki yüksək səviyyədə irəliləyişi nəzərə aldıqda Türkiyə ilə olduğu kimi, TDT-yə üzv digər ölkələrlə də qarşılıqlı vəsiqə ilə gediş-gəlişin olması üçün heç bir əngəl görünmür. TDT-yə üzv ölkələrin vətəndaşlarının qarşılıqlı şəxsiyyət vəsiqəsi ilə səfərlərinin nə zaman mümkün olacağı diqqət və maraq doğurur.
Modern.az-a danışan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Azərbaycandan olan üzvü Hikmət Babaoğlu bildirib ki, TDT tədricən daha vahid siyasi və iqtisadi birlik istiqamətində inkişaf edir. Deputat TDT-yə üzv ölkələrin vətəndaşlarının digər üzv dövlətlərə şəxsiyyət vəsiqəsi ilə səfər etməsi məsələsinin də təşkilat daxilində müzakirə olunan prioritet istiqamətlərdən biri olduğunu deyib.
Bildirək ki, Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedir. Amma Qazaxıstan, Özbəkistan, Qırğızıstana xarici pasportla səfər etmək mümkündür. Türkmənistana isə viza alınmalıdır. Bəs gələcəkdə “Türk şengeni” qurula bilərmi?
Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a danışıb.
Çingiz Qənizadə qeyd edib ki, TDT ölkələri arasında əlaqələrin yüksək səviyyəyə çatması gələcəkdə vətəndaşların qarşılıqlı gediş-gəlişinin də sadələşdirilməsi məsələsini gündəmə gətirə bilər: "Doğrudan da, Türk Dövlətləri Təşkilatının üzv ölkələri arasında qarşılıqlı əlaqələrin hər gün bir qədər də inkişaf etdiyinin şahidi oluruq. Bu dövlətlərin prezidentləri və dövlətlər arasındakı digər qurumların əməkdaşlığı, görüşləri artıq mütəmadi xarakter daşıyır. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrə stimul verən əsas amillərdən biri bu dövlətlərin rəhbərlərinin tez-tez bir-birlərinin ölkələrinə səfərlər etməsi və bu səfərlər zamanı müxtəlif sənədlərin imzalanmasıdır.
Milli Məclisin deputatı olarkən 5 il Türkdilli Dövlətlərin Parlament Assambleyasının üzvü olmuşam. O zaman bu tədbirlərdə hazırda münasibətlər yaxşı olduğu üçün adını çəkmək istəmədiyim bəzi türkdilli dövlətlərin parlamentlərinin nümayəndələri ümumiyyətlə iştirak etmirdilər. Sonrakı dövrlərdə isə biz bunun yaxşılığa, yəni əməkdaşlığa doğru inkişaf etdiyinin şahidi olduq. Həmin dövlətlərin artıq birgə tədbirlərə qatıldığını, bir-birlərinə daha da yaxınlaşdığını və bu tədbirlərdə daha fəal iştirak etdiyini gördük. Bu da ondan xəbər verir ki, Türk Dövlətləri Təşkilatı daxilində münasibətlər yüksək səviyyədə inkişaf etməkdədir".
Çingiz Qənizadə qeyd edib ki, hazırda Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri mümkün olduğu halda, digər türk dövlətləri ilə eyni mexanizmin tətbiq edilməməsi vətəndaşlarda suallar yaradır: “Hazırda haqlı olaraq bəzən vətəndaşlar da sual verirlər ki, niyə Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedə bildiyimiz halda, Türkmənistana viza lazımdır? Üstəlik, nəzərə alsaq ki, Türkmənistana viza almaq kifayət qədər çətindir və bunun səbəbləri də hər zaman başadüşülən olmur. Digər dövlətlərə isə xarici pasportla, yəni vətəndaşların xaricə səfər etmək üçün əldə etdikləri pasportla getmək mümkündür.
Mən hesab edirəm ki, Hikmət Babaoğlunun səsləndirdiyi fikir artıq müzakirə predmetidir. Bu, gələcəkdə tənzimlənə biləcək məsələlərdən biridir. Sizin də qeyd etdiyiniz kimi, Türk Dövlətləri Təşkilatı üçün vahid gediş-gəliş icazəsinin, yəni “Türk Şengeni”nin – türkdilli dövlətlər arasında vahid gediş-gəliş vizasının rəsmiləşdirilməsi mümkün variantlardan biridir və ən sadə variantlardan biri hesab oluna bilər. Burada böyük bir iş görməyə ehtiyac yoxdur. Sadəcə, dövlətlər arasında qarşılıqlı razılaşma əldə olunmaqla vətəndaşların şəxsiyyət vəsiqələri ilə bir-birlərinin ölkələrinə gediş-gəlişini təmin etmək mümkün ola bilər. Biz bunu arzulayırıq".
Hüquqşünas hesab edir ki, TDT çərçivəsində inteqrasiyanın dərinləşməsi bu cür təşəbbüslərin reallaşması üçün əlverişli zəmin yaradır. O, Azərbaycan Prezidentinin Türk dünyası ilə əlaqələrin inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb: "Cənab Prezident həmişə qeyd edir ki, bizim yolumuz Türk Dövlətləri yoludur, Türk dünyası yoludur və bu istiqamətdə də addımlar atacağıq. Mən xatırlayıram ki, parlamentdəki çıxışlarının birində də bunu xüsusi vurğulamışdı. Azərbaycan torpaqları işğal altında olan zaman və daha sonra müharibə yolu ilə torpaqlarımızı işğaldan azad etdiyimiz dövrdə Avropanın Azərbaycana münasibətindəki qeyri-səmimi, qanuna və beynəlxalq hüquqa zidd yanaşmaların şahidi olduq. Bundan sonra cənab Prezident son prezident seçkilərindən sonra parlamentdə çıxışı zamanı Azərbaycanın yolunun məhz Türk Dövlətləri Təşkilatı istiqamətində olduğunu bir prioritet kimi vurğuladı.
Hazırda bu istiqamətdə işlər gedir. Qarabağın dirçəlişi ilə bağlı Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin bu ərazidə hədiyyə olaraq inşa etdikləri məktəblər, digər obyektlər göstərir ki, münasibətlər olduqca yaxşıdır və yaxşıya doğru inkişaf edir. Cənab Prezidentin Özbəkistana səfəri ilə bağlı mətbuatda geniş yazılar dərc olundu. Hesab edirəm ki, məhz bu son görüş münasibətlərin sanki bir zirvəsidir. Eyni zamanda, bu, digər türk dövlətlərinə də mesajdır. Yəni, biz münasibətlərin inkişafını görə-görə ən yüksək zirvəyə çatmağa artıq yaxınlaşırıq.
Bu baxımdan hesab edirəm ki, gələcəkdə həqiqətən də türk dövlətləri arasında vahid viza və gediş-gəliş məsələsi gündəmə gələrsə, müzakirə predmetlərindən biri də məhz vətəndaşların öz ölkələrində istifadə etdikləri şəxsiyyət vəsiqələri ilə sadələşdirilmiş formada vizasız gediş-gəlişinin reallaşdırılması olmalıdır. Bu, olduqca vacibdir və mümkündür".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-08-2026
28-08-2026