Mobil versiya
TƏCİLİ! Əli Əsədov tapşırıq verdi
Tarix: 28-08-2026 | Saat: 13:15
Bölmə:Siyasət / Karusel | çapa göndər

TƏCİLİ! Əli Əsədov tapşırıq verdi


Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib.

aia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Dövlət Turizm Agentliyi:

- Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il dekabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, turizm fəaliyyəti ilə bağlı layihələrə investisiya təşviqi sənədinin verilməsi və turizm fəaliyyətinin xüsusiyyətləri nəzərə alınmaqla investisiya təşviqi sənədinin verilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;


- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın (bundan sonra - Dövlət Proqramı) 8.8.2-ci yarımbəndində nəzərdə tutulmuş turizm sahəsində çevik və əhatəli təşviq çərçivəsinin yaradılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Dövlət Proqramında nəzərdə tutulmuş turizm və rekreasiya zonalarının ərazisində mehmanxanalarda (hotellərdə) və digər yerləşmə vasitələrində xidmət göstərilməsi, sanatoriya-kurort müəssisələrinin fəaliyyətinə, qış idman növləri üçün stadion və arenaların fəaliyyətinə, konqreslərin və peşəkar salonların təşkili işinə dair investisiya layihələri çərçivəsində kredit təşkilatlarından manatla alınan kreditlər üzrə faiz subsidiyalarının verilməsinə dair təkliflərini 2026-cı il oktyabrın 20-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, hava nəqliyyatının turizmin inkişafına töhfəsinin artırılmasına dair təkliflərini 2026-cı il oktyabrın 20-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə operatoru olduğu "e-monitorinq" portalı çərçivəsində "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının monitorinqi və hesabatlılıq modulu"nun yaradılmasını iki ay müddətində təmin etsin və 2027-ci ildən başlayaraq Dövlət Proqramının monitorinqini və qiymətləndirilməsini Modul vasitəsilə həyata keçirsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə icraçı orqanların (qurumların), şəhər və rayonların, icra müddətlərinin, eləcə də layihələrlə bağlı məlumatların (Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq informasiya sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilməsi, informasiya sisteminin, o cümlədən onun ehtiyat nüsxələrinin "Hökumət buludu"nda saxlanılması və s.) və digər zəruri göstəricilərin təsnifatlaşdırılmasını, mövcud vəziyyət barədə informasiyaların əks olunmasını və hesabatlılığın aparılmasını Modulda müvafiq bölmələr yaratmaqla təmin etsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi məqsədilə aidiyyəti icraçı orqanların (qurumların) operatoru olduqları müvafiq elektron informasiya sistemlərinin (portalların) "e-monitorinq" portalına inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticələri barədə məlumatları 2027-ci ildən başlayaraq, ildə bir dəfə, aprelin 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticələrinə dair məlumatları 2031-ci il iyunun 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə əsas və digər icraçı orqanlar (qurumlar):

- Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəricilərini və onların illər üzrə bölgüsünü müəyyən edərək, iki ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim etsinlər;

- monitorinqin və qiymətləndirilmənin həyata keçirilməsi məqsədilə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər çərçivəsində layihələrin icrası ilə bağlı müvafiq məlumatların 2027-ci ildən başlayaraq rübdə bir dəfə (rübdən sonrakı ayın 15-dək), tədbirlər üzrə ilin yekunlarına dair hesabatların isə hər il fevralın 25-dək "Layihə idarəetməsi" modulunda yerləşdirilməsini və Mərkəzə təqdim olunmasını təmin etsinlər;

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsində və özəl sektorda nəzərdə tutulmuş, ayrılmış, istifadə olunmuş və növbəti illərə tələb olunan vəsait, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən ayrılmış, istifadə olunmuş və növbəti illər üçün tələb olunan kredit vəsaiti barədə məlumatların hər rübdən sonrakı ayın 5-dək Modulda yerləşdirilməsini təmin etsinlər.

Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-08-2026