Geosiyasi əməkdaşlıq və ortaq inkişaf hədəfləri
Tarix: 27-08-2026 | Saat: 13:42
Bölmə:Siyasət | çapa göndər

Müasir beynəlxalq münasibətlər sistemində regional təhlükəsizlik və inkişaf modelinin formalaşması dövlətlərin strateji tərəfdaşlıq imkanlarından nə dərəcədə səmərəli istifadə etməsindən asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dinamik, uzaqgörən və milli maraqlara söykənən xarici siyasət kursu ölkəmizin qlobal müstəvidə mövqelərini ardıcıl olaraq möhkəmləndirir. Bu siyasətin mühüm prioritetlərindən birini isə soy-kök, tarix, dil və mənəvi dəyərlərlə bağlı olduğumuz Türk dünyası dövlətləri və Mərkəzi Asiya regionu ilə çoxşaxəli inteqrasiyanın dərinləşdirilməsi təşkil edir. Dövlətimizin başçısının Özbəkistan Respublikasına növbəti dövlət səfəri və iki ölkə arasında əldə olunmuş ali səviyyəli razılaşmalar strateji müttəfiqliyimizin yeni, daha uca bir mərhələyə qədəm qoyduğunu parlaq şəkildə nümayiş etdirir.
İki ölkə arasında münasibətlər xalqlarımızın əsrlərlə bəslədiyi dərin qarşılıqlı rəğbət və sarsılmaz qardaşlıq təməli üzərində bərqərar olub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad dövlətlərarası əlaqələrimizin bu gün müttəfiqlik zirvəsinə yüksəlməsində həlledici rol oynayır. Ali səviyyəli müntəzəm qarşılıqlı səfərlər və imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə təbii müttəfiqliyimizi hüquqi və siyasi baxımdan daha da möhkəmləndirib. Səfər zamanı dövlət başçılarının bir-birini iki ölkənin ali ordenləri ilə təltif etməsi də xalqlarımızın və dövlətlərimizin bir-birinə bəslədiyi ali ehtiramın parlaq rəmzidir.
Yüksək səviyyəli siyasi münasibətlər öz növbəsində iqtisadi, ticari və investisiya sahələrində də böyük sıçrayışla müşayiət olunur. Son dövrdə ticarət dövriyyəsinin dəfələrlə artması, birgə İnvestisiya Şirkətinin fəaliyyəti və enerjidaşıyıcıları sahəsində qurulan tərəfdaşlıqlar aparılan məqsədyönlü iqtisadi siyasətin əyani nəticəsidir. Xüsusilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının Xəzər dənizi vasitəsilə Avropa bazarlarına nəqlini nəzərdə tutan “Yaşıl Dəhliz” layihəsi regional çərçivəni aşaraq qlobal strateji təşəbbüsə çevrilmişdir.
Eyni zamanda, tranzit daşımalarının həcmində sabit artımın saxlanılması və nəqliyyat koridorlarının inteqrasiyası ölkələrimizi Şərqlə Qərbi birləşdirən əvəzsiz qovşağa çevirir. İşğaldan azad edilmiş Füzuli rayonunda salınmış “Dostluq bağı”, ölkəmizdə avtomobil istehsalı, qarşılıqlı investisiyalar hesabına ucalan mehmanxana və turizm kompleksləri iki ölkə arasında mövcud olan dərin etimadın bariz göstəricisidir.
İki qardaş ölkənin birliyi şəhərsalma, eləcə də elm, təhsil və mədəniyyət sahələrində tətbiq edilən layihələrlə daha da zənginləşir. Bakı və Daşkənddə təməli qoyulan parklar, qarşılıqlı təhsil qrantları və azad olunmuş torpaqlarımızda Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına məktəb təhsil sahəsindəki sarsılmaz tellərimizin nişanəsidir. Qarşılıqlı Mədəniyyət Günləri, "Şuşa Günləri", Heydər Əliyev Fondunun humanitar layihələri və birgə QHT qrant müsabiqələri xalqlarımızı daha da yaxınlaşdırır.
Qafqaz və Mərkəzi Asiya regionunun vahid geostrateji məkan kimi formalaşması çoxtərəfli platformalarda da özünü göstərir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı və əməkdaşlıq formatının genişlənməsi tarixi hadisədir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatı çərçivəsində, habelə beynəlxalq qurumlarda bir-birini ardıcıl olaraq dəstəkləyir, ortaq türk irsinin gələcək nəsillərə ötürülməsinə xidmət edirlər.
Zahir Qəhrəmanov
YAP Şirvan şəhər təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-08-2026