Bakı və Daşkənd Strategiyasının Qlobal Zirvəsi
Tarix: 26-08-2026 | Saat: 11:14
Bölmə:Siyasət | çapa göndər

Müasir beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı, regionların yeni təhlükəsizlik və iqtisadi arxitekturasının yarandığı bir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistan Respublikasına reallaşan dövlət səfəri təkcə ikitərəfli diplomatiyanın uğuru deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya coğrafiyasını birləşdirən geosiyasi dönüş nöqtəsidir. Daşkənddə atılan hər bir addım, imzalanan sənədlər və səslənən ali bəyanatlar Bakı ilə Daşkəndin vahid strateji qütb kimi formalaşdığını bütün dünyaya nümayiş etdirdi.
Bu tarixi səfər sadəcə diplomatik protokol çərçivəsi ilə məhdudlaşmadı. İki qardaş ölkə arasında imzalanan Əbədi dostluq haqqında Müqavilə xalqlarımızın əsrlərlə sınaqdan çıxmış mənəvi bağlılığını, ortaq tarixi köklərini və sivilizasiya kodunu hüquqi və siyasi müstəvidə ən ali dərəcəyə yüksəltdi. İki liderin siyasi iradəsi ilə gerçəkləşən bu ittifaq Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında geoiqtisadi körpüləri daha da möhkəmləndirdi.
Səfərin ən təsirli və dərin rəmzi məna daşıyan anlarından biri keçirilən təltifolunma mərasimi oldu. İki dövlət arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafında müstəsna xidmətlərinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının ali dövlət təltifi – "Heydər Əliyev" ordeni ilə təltif edildi. Eyni zamanda Özbəkistanın ali dərəcəli "Dostluq" ordeni də Azərbaycan Prezidenti cənab İlham Əliyevə təqdim olundu. Bu təltif yalnız siyasi ehtiramın göstəricisi deyil, həm də iki böyük liderin Şərq dünyasında sülh, qardaşlıq və tərəqqi naminə nümayiş etdirdiyi birliyin təntənəsidir. Təltifolunma mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dediyi bu sözlər ikitərəfli münasibətlərin mahiyyətini dolğun şəkildə ifadə edir:
"Siz ölkənin ərazi bütövlüyünü bərpa etməklə bir daha xalqınızı birləşdirdiniz. Siz dahi atanız, hörmətli Heydər Əliyevin işini layiqincə devam etdirirsiniz, onun müdrik vəsiyyətlərini, arzularını və istəklərini ardıcıl olaraq həyata keçirirsiniz."
Bu fikirlər 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin və Qarabağın azad olunmasının bütün Türk dünyasında yaratdığı qürur hissinin Daşkənddəki əks-sədası idi.
Özbəkistanın Azərbaycanın Vətən müharibəsindən sonra azad edilmiş ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərinə verdiyi dəstək qardaşlığın sözdə deyil, əməldə olduğunun əyani sübutudur. Füzulidə ucaldılan Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəb və Xankəndidə istifadəyə verilən tikiş fabriki azad olunmuş torpaqlara yatırılan ilk böyük xarici sərmayələr kimi tarixdə qalacaq. Liderlərin mətbuat bəyanatlarında vurğulandığı kimi, artıq iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması uzaq bir arzu deyil, yaxın illərdə əldə olunacaq konkret hədəfdir. Yaradılmış Özbəkistan-Azərbaycan İnvestisiya Fondu, energetika, neft-qaz kəşfiyyatı, maşınqayırma, avtomobil sənayesi, kənd təsərrüfatı və dağ-mədən sahələrini əhatə edən nəhəng layihələr portfeli iki ölkə iqtisadiyyatını tam inteqrasiya edir.
Məsələyə daha geniş bucaqdan baxdıqda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin vurğuladığı geosiyasi gerçəklik ortaya çıxır:
"Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur."
Bu yanaşma göstərir ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) inkişafı, Xəzərdə birgə donanmanın yaradılması və logistika imkanlarının birləşdirilməsi Avrasiya materikinin ticarət xəritəsini yenidən formalaşdırır.
Bakı və Daşkənd ittifaqı yalnız iqtisadiyyat və siyasətlə məhdudlaşmır. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni möhtəşəm binasının açılışı və "Yeni Daşkənd" layihəsi çərçivəsində "Azərbaycan" parkının təməlinin qoyulması mədəni-ruhi birliyin rəmzləridir. Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsinə həsr olunacaq birgə bədii film, "İki ölkə – bir çempionat" konsepti altında gənclər arasında keçiriləcək futbol üzrə dünya çempionatı gələcək nəsillərin də bu sarsılmaz dostluq ruhunda tərbiyə olunacağına zəmanətdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Türk dünyasının birliyi, Mərkəzi Asiya və Cənubi Qafqazın strateji inteqrasiyası yolunda silinməz iz qoydu. Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət etməsi standart diplomatik jestdən kənara çıxaraq, bu möhtəşəm inkişaf dastanının növbəti parlaq fəsillərindən xəbər verir. Bakı və Daşkənd artıq sadəcə tərəfdaş deyil, eyni hədəfə doğru inamla addımlayan iki doğma qardaşdır.
İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-08-2026
11:02 Laçın – Qayıdışın ünvanı