Abadlaşan və gözəlləşən Laçın
Tarix: 25-08-2026 | Saat: 11:22
Bölmə:Siyasət | çapa göndər

Düz dörd il əvvəl 2022-ci il avqustun 26-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqımıza daha bir şanlı və qürürlu tarix bəxş etdi. Həmin gün qalib ordumuz bir güllə atmadan Laçın şəhərinə girdi. Eyni zamanda, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da önəmli strateji mövqeyə malik bu füsunkar rayonumuzun da işğalına son qoyuldu. Məhz Prezident İlham Əliyevin Sərəncamına əsasən, hər ilin 26 avqust tairixi Laçın Şəhəri Günü kimi qeyd olunur.
Məlumdur ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunaraq məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb. Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib.
Məhz bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Ordumuzun sarsıdıcı zərbələri Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan, Rusiya və Ermənistanın liderlərinin imzaladığı üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. Bundan əvvəl, noyabrın 9-u isə Laçın rayonunun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdi. 2022-ci il avqustun 26-da Qarabağ Zəfərinin davamı olaraq Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu, şanlı zəfər tariximizə daha bir hərbi və diplomatik qələbə kimi yazıldı.
Erməni işğalından azad olunmuş digər yurd yerlərimiz kimi, Laçında da həyat yenidən qurulur. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın azad edilmiş ərazilərimizə davamlı səfərləri, burada mühüm sosial obyektlərin açılışlarında və təməlqoyma mərasimlərindəki iştirakları böyük təntənə ilə yadda qalır. Bu səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, «Qorçu» və «Laçın» şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin, eləcə də Laçın Beynəlxalq Hava Limanının açılışını edib. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 2025-ci il mayın 28-də istifadəyə verilib. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək.
2025-ci ilin may ayında gerçəkləşən səfər həm də Laçın şəhərinin diplomatik mərkəz kimi yaddaşlarda qaldı. Belə ki, burada Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə Zirvə görüşü keçirildi. Ölkəmizin başçısı həmin görüşdəki çıxışında bildirdi ki, bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub.
Bu gün də Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək keyfiyyətlə aparılır. Təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təqribən 260 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərin, xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin tikintisinin nəzərdə tutulması Laçın şəhəri ilə bağlı qarşıda dayanan mühüm işlərdəndir. Bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. 2023-cü il avqustun 25-də Laçın rayonunda «Hoçazfilm» yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı da buranı mədəniyyət ocaqlarından birinə çevirib. Bundan başqa, 2025-ci ildə Laçın rayonunun Zerti kəndində «Laçın» İstirahət Kompleksinin açılışı olub.
Hazırda məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı» uğurla icra olunur. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunub və onların doğma yurd-yuvasına köçürülməsi davam edir. Xatırladaq ki, 2023-cü il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda dönüşünə start verilib. İndiyədək Laçına mindən çox ailə, ümumilikdə təqribən 4 minədək insan köçürülüb. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Laçında məskunlaşması bundan sonra da davam edəcək.
Bu da bir qürurverici faktdır ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə «MDB-nin mədəniyyət paytaxtı» elan olunmuşdur. Ötən ilin iyunun 3-də Laçın şəhərində «MDB-nin mədəniyyət paytaxtı – 2025»ilinin rəsmi açılış mərasimi keçirilmişdir.
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-08-2026