Mobil versiya
“Fanatlar gəlməyimi istəyirdi” - Nəriman Axundzadə
Tarix: 08-08-2026 | Saat: 11:17
Bölmə:İdman | çapa göndər

“Fanatlar gəlməyimi istəyirdi” - Nəriman Axundzadə


“Ərzurumspor”la müqavilə imzalayan Nəriman Axundzadə klubun mətbuat xidmətinə açıqlama verib.

“aia.az” xəbər verir ki, milli komandamızın forvardı Super Liqa klubundakı hədəflərindən, azarkeşlərdən bəhs edib:

“Burada olduğum üçün çox şadam. Super Liqa kimi bir çempionata gəldiyim üçün sevincliyəm. Azərbaycan və Türkiyə mədəniyyət baxımından bir-birinə çox bənzəyir. Mehriban insanlar var. Sosial mediada xoş mesajlar aldım. Klubun prezidenti mənə maraq göstərdi, gəlməyim üçün çalışdı. Bu, məni xoşbəxt etdi. Burada yeni səhifə açmaq istəyirəm. “Ərzurumspor”la anlaşandan sonra fanatlarla da maraqlandım. Stadionda yaxşı atmosfer yaratdılar. Fanatlar gəlməyimi istəyirdi”.

Qeyd edək ki, 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. O, müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. Futbolçu bu komandaya cari ilin fevral ayında “Qarabağ”dan keçib və 3,5 illik müqaviləyə imza atıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2026