Mobil versiya
DÇ-2026: Bellinqem yalnız Peledən geri qalır
Tarix: 12-07-2026 | Saat: 10:56
Bölmə:İdman | çapa göndər

DÇ-2026: Bellinqem yalnız Peledən geri qalır


İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem 2026-cı il Dünya Çempionatının pley-off mərhələsində tarixi uğura imza atıb.
23 yaş 12 günlük futbolçu turnirin ardıcıl iki pley-off oyununda fərqlənib. Bellinqem əvvəlcə 1/8 finalda Meksika ilə görüşdə, daha sonra isə 1/4 finalda Norveçlə matçda rəqib qapısına yol tapıb.

aia.az xəbər verir ki, Bellinqem bununla DÇ tarixində pley-off mərhələsinin ardıcıl iki oyununda qol vuran ikinci ən gənc futbolçu olub.

Bu göstəricidə rekord Braziliya futbolunun əfsanəsi Peleyə məxsusdur. O, 1958-ci il Dünya Çempionatında 17 yaş 249 günlüyündə yarımfinalda Fransa üzərində 5:2 hesablı qələbədə het-trik edib, finalda isə İsveçə qarşı eyni hesabla başa çatan görüşdə dubla imza ataraq bu nailiyyəti reallaşdırmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə