Mobil versiya
"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
Tarix: 01-07-2026 | Saat: 10:07
Bölmə:İdman | çapa göndər

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.

aia.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

"Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2026