Ana Sayfa > İdman > "Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcəkBu gün, 10:07. Yazar: Subhan |
![]() Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək. aia.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ilk olaraq Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. "Köhlən atlar" ikinci matçında Macarıstanın "Ferentsvaroş" kollektivi ilə qarşılaşacaq. Bu görüş isə saat 19:30-da başlayacaq. Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3. aia.az Geri dön |