Dünya çempionatında növbəti SÜRPRİZ: Niderland mundialla vidalaşdı
Tarix: 30-06-2026 | Saat: 09:31
Bölmə:İdman | çapa göndər

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir gözlənilməz nəticə qeydə alınıb.
aia.az xəbər verir ki, 1/16 final mərhələsində Niderland millisi ilə Mərakeş national football team üz-üzə gəlib. Gərgin keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Avropa təmsilçisinin yeganə qolunu oyunun 72-ci dəqiqəsində Kodi Qakpo vurub. Mərakeş millisi isə məğlubiyyətdən 90+1-ci dəqiqədə Issa Diopun qolu ilə xilas olub.
Əlavə vaxtda komandalar hesabı dəyişə bilmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan Mərakeş futbolçuları 11 metrlik zərbələrdə 3:2 hesabı ilə üstünlük qazanaraq 1/8 finala yüksəlib.
Mərakeş yığması növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, daha əvvəl keçirilən 1/16 final oyunlarında Kanada Cənubi Afrika Respublikasını, Braziliya Yaponiyanı, Paraqvay isə Almaniyanı məğlub edərək turnirin 1/8 final mərhələsinə vəsiqə qazanıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-06-2026
29-06-2026