"Instagram" psixi sağlamlığa mənfi təsir göstərir? - Alimlər təbil çalır
Tarix: 22-06-2026 | Saat: 09:58
Bölmə:Aia TV | çapa göndər

"Computers in Human Behavior" jurnalında dərc olunan araşdırma göstərir ki, "Instagram"dan uzunmüddətli istifadə təkcə insanların xarici görünüşü qəbul etməsinə deyil, həm də özünüdərk proseslərinin daha dərin mexanizmlərinə təsir göstərə bilər. Xüsusilə, bu təsir beynin öz bədənini və üzünü “özünəməxsus” kimi tanıma qabiliyyəti ilə əlaqələndirilir.
aia.az xəbər verir ki, araşdırmaya rəhbərlik edən Milan şəhərindəki "Universita Cattolica del Sacro Cuore" universitetinin professoru Giuseppe Riva “bədən kimliyinin rəqəmsal eroziyası” adlı fərziyyəni irəli sürüb.
Bu fərziyyəyə görə, illərlə filtrdən keçirilmiş şəkillər, selfilər və standartlaşdırılmış rəqəmsal obrazlarla qarşılıqlı əlaqə insanın özünü və başqalarını qavraması arasındakı sərhədləri tədricən zəiflədə bilər.
Araşdırmada orta yaşı təxminən 26 olan və "Instagram"dan orta hesabla 8 ilə yaxın istifadə edən 95 gənc iştirak edib. Onlar virtual reallıq testlərindən keçiblər. Bu testlər arasında vizual və hissiyyat siqnallarının sinxronlaşdırılması nəticəsində iştirakçıda başqa bir bədənin və ya üzün özünəməxsus olduğu hissini yaradan “bədən illüziyaları” da olub.
Nəticələr “dozadan asılı effekt” ortaya qoyub: insan "Instagram"dan nə qədər uzun müddət istifadə edibsə, illüziya şəraitində başqa bir üzü öz üzü kimi qəbul etmə ehtimalı da bir o qədər yüksək olub. Bu təsir xüsusilə insanın özünüidentifikasiyasında əsas rol oynayan üzlə bağlı daha qabarıq şəkildə müşahidə edilib.
Müəlliflər qeyd edirlər ki, beyin “mən” hissini orqanizmdən gələn daxili siqnallar və xarici məlumatların davamlı inteqrasiyası vasitəsilə formalaşdırır. Bu sistemin pozulması insanın öz bədəninə aidlik hissini zəiflədə və qidalanma pozuntuları, depressiya, eləcə də dissosiativ vəziyyətlər kimi müxtəlif psixoloji problemlərə həssaslığı artıra bilər.
Bununla belə, tədqiqatçılar vurğulayırlar ki, araşdırma "Instagram"ın psixi sağlamlığa birbaşa mənfi təsir göstərdiyini sübut etmir. O, yalnız sosial şəbəkədən istifadənin özünüqavrama ilə bağlı fundamental proseslərlə mümkün əlaqəsinə işarə edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
22-06-2026
21-06-2026