Kolumbiya Özbəkistanı debütdə məğlub etdi
Tarix: 18-06-2026 | Saat: 10:55
Bölmə:İdman | çapa göndər

2026-cı il FIFA Dünya Çempionatında K qrupunun ilk turunda Kolumbiya Özbəkistanı 3:1 hesabı ilə məğlub edərək turnirə uğurlu start verib.
aia.az xəbər verir ki, DÇ-də ilk dəfə iştirak edən Özbəkistan matça fəal başlasa da, ilk dəqiqələrdə yaratdığı hücumları qola çevirə bilməyib.
Fabio Kannavaronun rəhbərlik etdiyi komanda hücumçu Eldor Şomurodova ötürmələr çatdırmaqda çətinlik çəkib.
Görüşün gedişində təşəbbüsü ələ alan Kolumbiya ilk təhlükəli epizodunu Con Ariasla yaradıb. Daha sonra Luis Diasın zərbəsi dirəyə tuş gəlsə də, Cənubi Amerika təmsilçisi fasiləyə yaxın hesabı açmağa nail olub. Diasın başla ötürməsini qəbul edən Daniel Munyos rəqiblərini məharətlə keçərək topu qapıdan keçirib – 0:1.
İkinci hissədə Kannavaronun etdiyi dəyişikliklər Özbəkistanın oyununa müsbət təsir göstərib. Komanda 58-ci dəqiqədə DÇ tarixində ilk qolunu vurub. Qapıçı Kamilo Varqasın uğursuz müdaxiləsindən sonra Abbosbek Fayzullayev hesabı bərabərləşdirib – 1:1.
Lakin bu sevinc uzun çəkməyib. Cəmi beş dəqiqə sonra Qustavo Puertanın ötürməsindən sonra Luis Dias dəqiq zərbə ilə Kolumbiyanı yenidən önə keçirib – 1:2.
Özbəkistan oyunun sonlarında yenidən bərabərlik qoluna yaxın olsa da, Akmal Mozqovoy əlverişli vəziyyətdə hədəfi dəqiq nişan ala bilməyib.
Əlavə vaxtın 9-cu dəqiqəsində isə Kolumbiya qələbəyə son nöqtəni qoyub. Kuço Ernandesin cinahdan ötürməsini əvəzedici Jaminton Kampas başla qapıya göndərərək yekun hesabı müəyyənləşdirib – 1:3.
Bu nəticədən sonra Kolumbiya 3 xalla K qrupunun lideri olub. Qrupun digər oyununda Portuqaliya və Konqo Demokratik Respublikası heç-heçə etdikləri üçün hər iki komandanın aktivində 1 xal var.
Növbəti turda Özbəkistan Portuqaliya ilə, Kolumbiya isə Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
18-06-2026
17-06-2026