Mobil versiya
“Sabah” bu gün mükafatlandırılacaq
Tarix: 17-05-2026 | Saat: 10:19
Bölmə:İdman | çapa göndər

“Sabah” bu gün mükafatlandırılacaq


Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

“aia.az” xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

“Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək. Turun mərkəzi qarşılaşmasında isə “Sabah” “Bank Respublika Arena”da “Neftçi” ilə üz-üzə gələcək. Hər iki matçın start fiti saat 18:00-da səslənəcək.

“Sabah” – “Neftçi” görüşü başa çatdıqdan sonra rəsmi mükafatlandırma mərasimi baş tutacaq. Son ölkə çempionu olan Masazır kollektivinin futbolçularına çempionluq kuboku və medallar təqdim ediləcək.

Hazırda turnir cədvəlinə 75 xalla “Sabah” başçılıq edir. 53 xalı olan “Neftçi” dördüncü, 50 xala malik “Zirə” isə beşincidir. Yeddinci pillədə qərarlaşan “Sumqayıt”ın isə 41 xalı var.

Xatırladaq ki, turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i (2:0), “Qəbələ” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “İmişli”ni (3:0), “Şamaxı” isə “Turan Tovuz”u (3:2) məğlub edib. Çempionatda XXXII turun oyunları mayın 17-də yekunlaşacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2026