Mobil versiya
"Qəbələ" - "Turan Tovuz" oyununun hakimləri açıqlandı
Tarix: 24-02-2026 | Saat: 10:45
Bölmə:İdman | çapa göndər

"Qəbələ" - "Turan Tovuz" oyununun hakimləri açıqlandı

Misli Premyer Liqasının XIV turundan təxirə salınmış "Qəbələ" - "Turan Tovuz" oyununun təyinatları açıqlanıb.

aia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutacaq matçın baş hakimi Cavid Cəlilov olacaq.

Ona Kamran Bayramov və Müslüm Əliyev kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Əkbər Əhmədov yerinə yetirəcək.

VAR-da FIFA referisi Əliyar Ağayev, AVAR-da Zeynal Zeynalov əyləşəcək.

Qeyd edək ki, oyun bu gün Qəbələ şəhər stadionunda, saat 15:00-da start götürəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026