Mobil versiya
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Tarix: 24-02-2026 | Saat: 09:53
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq

Azərbaycan Milli Elmlər Akademiyasında fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq.

aia.az "Report"a istinadən xəbər verir ki, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyndən xaric edilməsidir.

İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2026