Ana Sayfa > Manşet / Gündəm > Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq
Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq24-02-2026, 09:53. Yazar: sevinc1 |
![]() Azərbaycan Milli Elmlər Akademiyasında fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq. aia.az "Report"a istinadən xəbər verir ki, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyndən xaric edilməsidir. İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir. Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. aia.az Geri dön |