Mobil versiya
Ağbaba pələnginin zəfər yolu: Babasının adı, vətənin qüruru
Tarix: 09-02-2026 | Saat: 10:52
Bölmə:Özəl / Ölkə / İdman / Qərbi Azərbaycan | çapa göndər

Ağbaba pələnginin zəfər yolu:

Bəzən deyirlər ki, tarix təkrardan ibarətdir, amma bu təkrar deyil, əslində kökdən gələn bir enerjinin yeni nəsillərdə yenidən vulkan kimi püskürməsidir. Bir millətin, bir elin gücü onun yaddaşında və o yaddaşı çiyinlərində daşıyan gəncliyindədir. Ağbaba mahalı özünün sərt iqlimi, vüqarlı dağları ilə həm də mərd, yenilməz insanlar yetişdirən bir ocaq olub. Bu gün həmin ocağın közü yenidən alovlanır. Dünən Gəncənin idman arenalarında bir gəncin nümayiş etdirdiyi iradə, sadəcə bir idman yarışı deyil, həm də bir nəslin arzusunun, bir ağsaqqal xeyir-duasının və sarsılmaz Vətən sevgisinin qələbəsi idi. Bu, İlanlı kəndinin, Ağbabanın və bütövlükdə Azərbaycanın zəfər bayramıdır.

Dünyada elə zirvələr var ki, onları fəth etmək üçün təkcə fiziki güc kifayət etmir; gərək o ucalığa çatmaq üçün qəlbində böyük bir yurd sevgisi və kökündən gələn polad tək iradə daşıyasan. Bu gün İlanlı kəndinin ulu torpağından güc alan, Ağbabanın sərt qayalarında bərkiyən bir gəncin — Hüseyn Qoşqar oğlu Məmmədtağızadənin Gəncənin idman arenasında yazdığı dastan, sadəcə bir çempionluq rekordu deyil, bir nəslin mənəvi qələbəsidir!
27 may 2008-ci ildə dünyaya göz açan bu igid bala, sanki elə doğulanda alnına çempionluq yazılmışdı. Hüseyn bu günə qədər dəfələrlə Azərbaycan sərbəst güləş üzrə çempion kəməri uğrunda keçirilən açıq turnirlərin qalibi olaraq öz gücünü sübut edib. Onun qələbə salnaməsi təkcə vətən sərhədləri ilə bitmir; o, ilk dəfə qatıldığı beynəlxalq arenada – Macarıstanda yüksək ustalıq nümayiş etdirərək 5-ci yeri tutmuş, 2024-cü ildə isə Türkiyədə keçirilən nüfuzlu "VICTORY CHAMPIONS CUP" turnirində bürünc medala sahib çıxaraq Azərbaycan bayrağını yüksəltmişdir. Bu gün Hüseynin aktivində xeyli sayda parlaq qələbə var və bu siyahı hər keçən gün böyük əzmlə artmaqda davam edir.



Dünən sərbəst güləş üzrə Azərbaycan çempionatının finalında, 92 kq çəki dərəcəsində sanki vaxt dayandı, nəfəslər kəsildi. Rəqibi İsmayıl Əsədli qarşısında hesab 4:0 rəqibin xeyrinə olanda, çoxları bəlkə də ümidini üzmüşdü. Amma xalça üzərində dayanan adi bir idmançı deyil, damarlarında ulu Ağbaba pəhləvanlarının qanı axan, adı ilə böyük bir ağsaqqalın — kəndimizin vüqarı Hüseyn Məmmədtağıyevin şərəfini daşıyan bir qəhrəman idi. Hüseyn sanki "məğlubiyyət" kəlməsini yaddaşından sildi və son saniyələrdə göstərdiyi o pələng cəldliyi, o sarsılmaz əzmlə hesabı 14:4-ə çatdıraraq rəqibini diz çökdürdü. Bu, sadəcə xallar üzərindəki qələbə deyil, ruhun maddiyyat üzərindəki təntənəsi idi!



Bu gün kəndimizin ağsaqqalı, hər kəlməsi bir hikmət, hər addımı bir örnək olan Hüseyn müəllimin gözləri aydındır. O Hüseyn müəllimin ki, vaxtilə biz gəncləri voleybol, futbol meydançalarına toplayar, bizə ədalətli mübarizəni və mərdliyi öyrədərdi. Bu gün kəndin bütün xeyir-şər məclislərində hələ də ürəklə, ağsaqqal vüqarı ilə iştirak edən o uca boyu, səlis nitqi, iti zəkası və ruhu oxşayan zarafatları ilə tanınan ziyalımızın duaları bu gün bir nəvənin simasında çempionluq tacına çevrilib. Nə xoş o ağsaqqalın halına ki, əkdiyi idman toxumlarının bu gün dünya səviyyəli bir çinar kimi boy atdığını öz gözləri ilə görür!



Hüseynin bu parlaq zəfəri həm də dövlətimizin qüdrətinə və gəncliyə verilən sonsuz dəyərə bağlıdır. Bu qələbənin mayasında Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin idmançılarımıza göstərdiyi ata qayğısı, gənclərimizin yoluna işıq saçan uzaqgörən siyasəti dayanır. Hüseyn öz qələbəsini Milli Qəhrəman Mübariz İbrahimovun ruhuna həsr etməklə sübut etdi ki, bizim gəncliyimiz həm fiziki, həm də mənəvi cəhətdən sarsılmazdır.
Gənc çempionumuzun dilindən tökülən o qürurlu sözlər hər birimizin qəlbini dağa döndərir:
"Mən bu yolu hələ yeni başlayıram. Mənim hədəfim dünya arenalarında bayrağımızı ucaldıb, qazandığım o qızıl medalları şəxsən Cənab Prezidentimizə təqdim etməkdir! Bütün uğurlarımı Azərbaycanın qüdrətinə və onun rəhbərinə borcluyam!"

Gənc Hüseyn öz kökü, ulu yurdu Ağbaba ilə fəxr edir, biz isə onunla qürur duyuruq. İnanırıq ki, bu yenilməz "Ağbaba Pələngi" arzularını gerçəkləşdirəcək və Azərbaycan bayrağını dünya arenalarında ucaldacaqdır. Allah Hüseyn müəllimə də nəvəsinin daha böyük zirvələrini görməyi nəsib eləsin!
Uğurların mübarək olsun, ey Ağbaba pələngi! Sənin qollarındakı güc xalqımızın yenilməzlik rəmzi, sənin əzmin gələcək zəfərlərimizin müjdəsidir. İlanlı kəndi s



[b]Şəmsi Qoca




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2026