Mobil versiya
Naftalan şəhərinin Gənc cüdoçularının məktəblilərlə görüşü olub -Fotolar
Tarix: 06-02-2026 | Saat: 22:49
Bölmə:İdman | çapa göndər

Naftalan şəhərinin Gənc cüdoçularının məktəblilərlə görüşü olub

Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz dövlətin uğurlu siyasəti dayanır.Ölkəmizdə idmana olan diqqət və qayğı dövlət siyasətinin əsasını təşkil edir

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev idmanın inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirilməsinə şərait yaradıb

Respublikamızın bütün bölgələrində olduğu kimi Naftalanda da idmanın eləcə də cüdo idman növünün inkişafı istiqamətində bir sıra işlər həyata keçirilir

Naftalan şəhər UGİM -in cüdoçularının Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdləri ilə görüşü keçirildi

Görüşün məqsədi uğur qazanmış idmançıları tanıtmaq və cüdonun dəyərlərinin geniş kütləyə çatdırılması, sağlam həyat tərzinin təşviqi, cüdonun yalnız döyüş idmanı deyil, eyni zamanda hörmət, özünüinkişaf və şəxsiyyət formalaşdıran bir imkan kimi dəyərləndirilməsini hədəfləyir

İdmançılar müxtəlif yarışlardan xatirələrini danışıb və məktəblilərin suallarını cavablandırıblar

Sonda Azərbaycan Cüdo Federasiyası tərəfindən göndərilən hədiyələr məktəblilərə təqdim olunub

Görüş Azərbaycan Cüdo Federasiyası ilə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə həyata keçirilib



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə