Mobil versiya
Rafinya karyerasını bitirdi
Tarix: 23-12-2025 | Saat: 13:23
Bölmə:İdman | çapa göndər

Rafinya karyerasını bitirdi

“Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu Rafinya Alkantara karyerasını başa vurduğunu açıqlayıb.

aia.az xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi özü məlumat yayıb. O, qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunu deyib.

Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O, Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və 2014/15 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçu karyerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad” klublarında çıxış edib. Həmçinin 2016-cı ildə Braziliya millisinin heyətində Olimpiya çempionu olub.

Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026