ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Tarix: 18-12-2025 | Saat: 22:06
Bölmə:Özəl | çapa göndər

ABŞ administrasiyası İsrailin müharibə cinayətləri ittihamlarına qarşı apelyasiyasını rədd edən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) iki hakiminə sanksiyalar tətbiq edib
ABŞ Dövlət Katibi Marko Rubio iki Beynəlxalq Cinayət Məhkəməsi hakiminə qarşı sanksiya qərarı ilə bağlı yazılı açıqlama yayıb.
Katib Rubio bildirib ki, gürcü hakim Qoça Lordkipanidze və monqol hakimi Erdenebalsuren Damdin prezident Donald Trampın fevral ayında Beynəlxalq Cinayət Məhkəməsi rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək barədə verdiyi sərəncama əsasən Məhkəməni haqsız yerə hədəf almaqda ittiham olunurlar.
Rubio bildirib ki, "Bu şəxslər İsrail vətəndaşlarını İsrailin razılığı olmadan araşdırmaq, həbs etmək, saxlamaq və ya mühakimə etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin səylərində birbaşa iştirak ediblər. Onlar həmçinin Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin apellyasiya şikayətinə qarşı 15 dekabr tarixli qərarında iştirak ediblər."
ABŞ Dövlət Katibi iddia edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsraili Qəzzadakı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək səyləri "məhkəmənin İsraili hədəf alan siyasi hərəkətləri" təşkil edir.
ABŞ administrasiyası iyun ayında Baş nazir Benyamin Netanyahu da daxil olmaqla bir neçə İsrail rəsmisinə qarşı həbs orderləri verildikdən sonra Beynəlxalq Cinayət Məhkəməsinin Baş Prokuroru Kərim Xanı sanksiya siyahısına əlavə edib.
Avqust ayında Tramp administrasiyası bir neçə Beynəlxalq Cinayət Məhkəməsinin hakimi və prokurorunu da sanksiya siyahısına əlavə edərək, yenidən onların "İsrail əleyhinə mövqeyini" iddia edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
02-02-2026