Mobil versiya
"Real"dan Vinisiusa xəbərdarlıq
Tarix: 12-12-2025 | Saat: 14:33
Bölmə:İdman | çapa göndər

"Real"dan Vinisiusa xəbərdarlıq

İspaniyanın “Real Madrid” klubunun rəhbərliyi braziliyalı futbolçu Vinisius Juniorun menecerinə yeni müqavilə ilə bağlı xəbərdarlıq edib.

aia.az xəbər verir ki, braziliyalı forvarda daha əvvəl təklif olunan müqavilə şərtlərinin yaxşılaşdırılmayacağı bildirilib.

“Kral klubu” ulduz futbolçunun qarşısına şərt qoyub. Hücumçu yeni müqaviləyə imza atmasa, 2026-cı ilin yayında transferə çıxarılacaq.

Hazırda Vinisiusun “kral klubu” ilə qüvvədə olan müqaviləsi 2027-ci il iyun ayının sonunadək nəzərdə tutulub.

Braziliya millisinin üzvü cari mövsüm klub səviyyəsində 28 oyunda iştirak edib, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026