Mobil versiya
"8-10 dəqiqə ərzində oyunu itirdik" - Qurban Qurbanov
Tarix: 26-11-2025 | Saat: 09:10
Bölmə:İdman / Karusel | çapa göndər

"8-10 dəqiqə ərzində oyunu itirdik" -

Rəqibi qələbə münasibətilə təbrik edirəm.

aia.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İtaliyada “Napoli”yə 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında deyib.

O, məğlubiyyətə baxmayaraq, komandasının layiqli mübarizə apardığını bildirib: “Futbolçular çəkinmədən çıxış etdilər. Sonadək cəsarətli oyun göstərdilər. Rəqibimiz böyük komandadır. Yenə təkrar edirəm, bu cür turnirdə oynayırıq, bütün matçlardan həzz almalıyıq”.

Baş məşqçi birinci qoldan əvvəl edilən əvəzetmələrin oyuna təsir etdiyini söyləyib: “Hər şey plana uyğun gedirdi. Beşli müdafiədən dördlü müdafiəyə keçdiyimiz zaman 8-10 dəqiqə ərzində oyunu itirdik. Bu da matçın taleyinə təsir etdi. “Napoli” son iki görüşdə beşli müdafiədə oynayırdı. Rəqibin təcrübəli futbolçuları fərq yaratdılar”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026