Mobil versiya
Çempionlar Liqası: “Qarabağ” “Napoli” ilə qarşılaşacaq
Tarix: 25-11-2025 | Saat: 09:53
Bölmə:İdman | çapa göndər

Çempionlar Liqası:

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Qarabağ” növbəti oyununa çıxacaq.

aia.az xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq.

Görüş “Stadio Diego Armando Maradona” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu dekabrın 10-da öz meydanında “Ayaks” klubuna qarşı keçirəcək.

Xatırladaq ki, Azərbaycan çempionu UEFA Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi 4 görüşdən sonra yeddi xalla 15-ci pillədə qərarlaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2025