Mobil versiya
Azərbaycan idmançıları bu gün 6 növdə mübarizə aparacaqlar
Tarix: 12-11-2025 | Saat: 09:10
Bölmə:İdman | çapa göndər

Azərbaycan idmançıları bu gün 6 növdə mübarizə aparacaqlar

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan təmsilçiləri bu gün 6 idman növündə çıxış edəcəklər.

aia.az xəbər verir ki, idmançılarımız karate, stolüstü tennis, muaytay, ağırlıqqaldırma, voleybol və üzgüçülükdə qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycanı VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.

Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026