Mobil versiya
"Qarabağ"da ciddi itki - Kadi 2 ay oynamayacaq
Tarix: 06-11-2025 | Saat: 14:54
Bölmə:İdman | çapa göndər

"Qarabağ"da ciddi itki -

"Qarabağ"ın ötən gün Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Çelsi” ilə oyunda (2:2) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.

aia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı yarımmüdafiəçi oyundan dərhal sonra tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb.

Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.

Qeyd edək ki, 29 yaşlı oyunçu cari mövsüm 19 matça çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026