Mobil versiya
"Neftçi" klubu 2500 manat cərimələndi
Tarix: 06-11-2025 | Saat: 12:06
Bölmə:İdman | çapa göndər

"Neftçi" klubu 2500 manat cərimələndi

AFFA İntizam Komitəsi "Neftçi" klubunu cərimələyib.

aia.az-ın məlumatına görə, buna Misli Premyer Liqasının X turunda "Kəpəz"lə matçın 75-ci dəqiqəsində meydana kənar şəxsin daxil olması səbəb olub.

"Ağ-qaralar" bu səbəbdən 2500 manat ziyana düşüb.

Gəncə təmsilçisi isə sözügedən qarşılaşmada 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.

"Turan Tovuz" "Şamaxı" ilə dueldə 4 oyunçusu sarı vərəqə aldığı üçün, "Sumqayıt" isə "Araz-Naxçıvan"la görüşdə eyni hal yaşandığna görə 700 manat cərimələnib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026