Mobil versiya
"Qarabağ" "Çelsi"yə qarşı
Tarix: 05-11-2025 | Saat: 09:10
Bölmə:İdman | çapa göndər

"Qarabağ" "Çelsi"yə qarşı

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.

aia.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Matçı avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.

Azərbaycan çempionu hazırda 6 xalla 15-ci, eyni xala malik olan London təmsilçisi 13-cü sıradadır.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı (3:2), II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini (2:0) məğlub edib. "Köhlən atlar" III turda İspaniyada "Atletik"ə (1:3) uduzub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026