Mobil versiya
"Qəbələ"dən məğlubiyyət anti-rekordu
Tarix: 27-10-2025 | Saat: 14:30
Bölmə:İdman | çapa göndər

"Qəbələ"dən məğlubiyyət anti-rekordu

“Qəbələ” Premyer Liqada 200-cü məğlubiyyətini alıb.

aia.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki,“qırmızı-qaralar” Misli Premyer Liqasının IX turunda “Neftçi”yə 0:2 hesabı ilə uduzub.

Bölgə təmsilçisi 549-cu oyununda 200-cü dəfə xalsız qalıb. “Qəbələ” Premyer Liqadakı məğlubiyyət sayında ən çox uduzan 6-cı komandadır. Yalnız “Kəpəz”, “Turan Tovuz”, “Şamaxı”, “Neftçi” və “Sumqayıt” daha çox görüşdə xalsız qalıb.

Qeyd edək ki, “Qəbələ”nin ilk məğlubiyyəti 2006-cı il avqustun 11-də “MKT-Araz”la səfər matçına təsadüf edib – 1:4.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2025