Mobil versiya
Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
Tarix: 30-09-2025 | Saat: 12:40
Bölmə:İdman | çapa göndər

Ayxan Abbasov Azərbaycan millisinin baş məşqçisi təyin olundu

Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf əsas milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

aia.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2025