Mobil versiya
Levandovski 700-ə çatdı
Tarix: 29-09-2025 | Saat: 10:01
Bölmə:İdman | çapa göndər

Levandovski 700-ə çatdı

“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 7-ci turunda “Real Sosyedad”la oyunda (2:1) komandasının ikinci qoluna imza atıb.

aia.az xəbər verir ki, bu, polşalı futbolçunun peşəkar karyerasında vurduğu 700-cü qol olub.

Levandovski peşəkar futbola Polşada başlayıb. O, “Lex”, Dortmund “Borussiya”sı, “Bavariya” və digər klublarda çıxış edib. Hücumçunun klub karyerasında 830 matçda 614 qolu və 155 məhsuldar ötürməsi var.

Polşa millisində isə Levandovski 160 oyunda 86 qol və 36 assistlə yadda qalıb.

Qeyd edək ki, 2022-ci ildən “Barselona”nın formasını geyinən 36 yaşlı hücumçu bu günədək kataloniyalıların heyətində 154 görüşə çıxıb, 105 qol vurub və 20 məhsuldar ötürmə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2025