III MDB Oyunları: Bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq
Tarix: 29-09-2025 | Saat: 09:45
Bölmə:İdman | çapa göndər

III MDB Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar baş tutacaq.
aia.az xəbər verir ki, Qəbələ Olimpiya Kompleksində stolüstü tennis üzrə həlledici görüşlər keçiriləcək.
Qəbələ şəhər stadionunda futbol üzrə 16 yaşadək yığmalar arasında növbəti oyunlar gerçəkləşəcək. B qrupunda Belarus Özbəkistanla üz-üzə gələcək. A qrupunda isə Qırğızıstan Tacikistanla münasibətlərə aydınlıq gətirəcək.
Qəbələ Atıcılıq Klubunda isə stend atıcılığı üzrə təsnifat və final görüşləri təşkil olunacaq.
Gəncə İdman Sarayında üzgüçülük yarışları davam edəcək. Həmçinin eyni məkanda voleybol oyunlarına start veriləcək. A qrupunda Azərbaycan millisi Tacikistanla üz-üzə gələcək. B qrupunda isə Belarus və Qırğızıstan yığmaları qarşılaşacaq.
Göygöl Olimpiya Kompleksində sambo üzrə yarışın qalibləri müəyyənləşəcək.
Yevlax Olimpiya İdman Kompleksində boks, Mingəçevir Kür Olimpiya Mərkəzində isə taekvondo yarışlarına start veriləcək.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər