Mobil versiya
"Neftçi" nigeriyalı futbolçu transfer etdi
Tarix: 26-09-2025 | Saat: 18:00
Bölmə:İdman | çapa göndər

"Neftçi" nigeriyalı futbolçu transfer etdi

"Neftçi" növbəti transferini rəsmiləşdirib.

aia.az xəbər verir ki, klubdan verilən məlumata görə, nigeriyalı futbolçu İfeanyi Metyu "ağ-qaralar"la anlaşıb

28 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə bağlanıb. O, 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu "Sürix" (İsveçrə) olan Metyu vətənindən başqa, Norveç və Türkiyə liqalarında da oynayıb. Metyu Norveç Kubokunun və 20 yaşadək futbolçular arasında Afrika Kubokunun qalibi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2025