Mobil versiya
“Arsenal”ın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi
Tarix: 26-09-2025 | Saat: 11:17
Bölmə:İdman | çapa göndər

“Arsenal”ın sabiq futbolçusu faciəvi şəkildə vəfat etdi

İngiltərənin aşağı liqa təmsilçisi “Çiçestr Siti”nin 22 yaşlı hücumçusu Billi Vigar matçda aldığı zədədən sonra vəfat edib.

aia.az ESPN-ə istinadən xəbər verir ki, o, topun meydandan çıxmaması üçün mübarizə apararkən beton divara çırpılıb.

Ağır kəllə-beyin travması alan futbolçu dərhal xəstəxanaya çatdırılıb, komaya düşüb və əməliyyat olunub. Lakin bütün səylərə baxmayaraq, gənc futbolçu dünyasını dəyişib.

Vigar 2017-ci ildə “Arsenal” akademiyasında futbol oynamağa başlayır. 2022-ci ildə peşəkar müqavilə imzalayır, daha sonra “Derbi Kaunti” U-21, “Hastinqs” və “İstborn Boro”da icarə əsasında çıxış edib. 2025-ci ildə “Hastinqs”ə, ordan da “Çiçestr Siti”yə transfer olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2025