Mobil versiya
III MDB Oyunlarında futbol yarışlarının püşkü atıldı
Tarix: 22-09-2025 | Saat: 17:06
Bölmə:İdman | çapa göndər

III MDB Oyunlarında futbol yarışlarının püşkü atıldı

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb.

aia.az xəbər verir ki, püşkatmanın nəticəsinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda Tacikistan və Qırğızıstan yığmaları ilə qarşılaşacaq.

B qrupunda isə Belarus, Rusiya və Özbəkistanın U-16 kollektivləri üz-üzə gələcəklər.

Qəbələ şəhər stadionunda təşkil olunacaq turnirdə 6 komanda iki qrupda mübarizə aparacaq. Qrup qalibləri finalda çempionu müəyyənləşdirəcəklər. Qruplarda ikinci yeri tutacaq komandalar 3-cü yer uğrunda matçda, üçüncülər isə 5-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.

A qrupu

27 sentyabr

12:00. Tacikistan – Azərbaycan

29 sentyabr

14:00. Qırğızıstan – Tacikistan

1 oktyabr

12:00. Azərbaycan - Qırğızıstan

B qrupu

27 sentyabr

14:00. Belarus – Rusiya

29 sentyabr

12:00. Belarus – Özbəkistan

1 oktyabr

14:00. Rusiya – Özbəkistan

3 oktyabr

12:00. 5-ci yer uğrunda

14:00. 3-cü yer uğrunda

4 oktyabr

14:00. Final

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2025