“Qarabağ”ın çətin rəqibləri - Onlardan üçü komandamızla oynayıb
Tarix: 28-08-2025 | Saat: 22:53
Bölmə:İdman | çapa göndər

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçirilib.
Monakoda təşkil edilən püşkatma mərasimində Azərbaycanın “Qarabağ” klubunun da rəqibləri məlum olub.
Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibləri aşağıdakı klublar olacaq:
"Çelsi", İngiltərə (Bakıda)
"Liverpul", İngiltərə (səfərdə)
"Benfika"', Portuqaliya (səfərdə)
"Ayntraxt", Almaniya (Bakıda)
"Ayaks", Niderland (Bakıda)
"Napoli", İtaliya (səfərdə)
"Atletik", İspaniya (səfərdə)
"Kopenhagen", Danimarka (Bakıda)
Çempionlar Liqasında ilk turun oyunları sentyabrın 16-18-də keçiriləcək. Oyunların təqvimi 30 avqustda açıqlanacaq.
Futbol mütəxəssisləri və idman jurnalistləri tarixində ikinci dəfədir Çempionlar Liqasının əsas mərhələsində eştirak edən “Qarabağ”ın çətin rəqiblərlə üz-üzə gələcəyi qənaətindədirlər.
“Qarabağ” bəzi rəqiblərlə əvvəllər də qarşılaşıb. Məsələn, 2017-ci ildə "Çelsi" ilə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçirilən qarşılaşma İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatmışdı. Londonda keçirilən səfər oyununda da komandamız məğlub olmuşdu – 0:6.
Danimarkanın “Kopenhagen” klubu da “Qarabağ”a tanışdır. 2017-ci ildə “Kopenhagen” Bakıda Çempionlar Liqasının ilk “pley-off” matçına çıxmış və “Qarabağ”a 0:1 hesabı ilə uduzmuşdu. Səfərdə isə komandamız danimarkalılara məğlub olmuşdu – 1:2.
“Qarabağ” Niderlandın “Ayaks” klubu ilə də qarşılaşıb. Komandamız 2024-cü ildə Avropa Liqasının Liqa mərhələsində “Ayaks”ı Bakıda qəbul edib və görüş qonaqların 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-08-2025