Mobil versiya
Rusiya müharibəni bitirmək üçün real güzəştlərə hazır deyil - Zelenski
Tarix: 26-08-2025 | Saat: 09:43
Bölmə:Dünya | çapa göndər

Rusiya müharibəni bitirmək üçün real güzəştlərə hazır deyil -

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Moskvanın "daha ərazi ələ keçirməməyə hazır olması" ilə bağlı bəyanatları güzəşt sayıla bilməz.

aia.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya ABŞ və Ukraynanın atəşkəslə bağlı təşəbbüslərinə məhəl qoymayaraq, müharibəni dayandırmamaq üçün yeni bəhanələr axtarmaqda davam edir.

Zelenski vurğulayıb ki, Kiyev atəşkəs və heç bir şərt olmadan danışıqlara dair təklifləri, o cümlədən ABŞ və Rusiya ilə üçtərəfli görüş variantını dəfələrlə dəstəkləyib. Lakin Moskva hər dəfə yeni səbəblər uyduraraq bundan imtina edib.

O qeyd edib ki, o, Trampla vəziyyəti müzakirə edib, Kremlin danışıqlardan yayınmağa davam edəcəyi təqdirdə Vaşinqtonun “güclü addımlar” atmasının vacibliyini vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-08-2025